Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" klunu heyətinə yeni hücumçu cəlb etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İddaya görə, "Bayer Leverkuzen"də çıxış edən ukraynalı Artem Stepenov mövsümün sonunda II Bundesliqa təmsilçisinə keçəcək. 17 yaşlı oyunçu icarə əsasında bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, Ukraynanın U-19 millisinin üzvü Leverkuzen təmsilçisinin 19 yaşadək komandasında çıxış edir. O, cari mövsüm 28 matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Nürnberq" daha əvvəl Mahir Emrelinin müqaviləsinin müddətini uzatmaq üçün danışıqların davam etdiyini açıqlayıb.