17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq. Sport24.az xəbər verir ki, millimiz (U-17) UEFA İnkişaf Turnirində iştirak edəcək

 

Millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

 

Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:

 

14 aprel

15:30. Moldova – Azərbaycan

"Zimbru" stadionu

 

16 aprel

12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

 

19 aprel

12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

 

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.