"Nürnberq"in futbolçusu Mahir Emreli açıqlama verib. Sport24.az xəbər verir ki, "Bild" nəşrinə danışan hücumçu "Kayzerslautern"lə oyunda vurduğu qoldan söz açıb:
"Uzun müddətdən sonra ilk dəfə start heyətdə yer aldım və bu, mənim üçün xüsusi məna kəsb etdi. Komanda yoldaşlarıma kömək etməkdən həzz alıram. Çətin oyun olacağını bilirdik. Matça taktiki və mental cəhətdən yaxşı hazırlaşmışdıq. Mental cəhətdən hazır olsaq, qalib gələ bilməyəcəyimiz komanda yoxdur".
"Nürnberq" çempionatda 29 turdan sonra 44 xalla 8-ci sıradadır.