Premyer Liqamızda XXVI tur keçirildi. Sport24.az turun məqamlarından ibarət "Top-5" diqqətinizə çatdırır.

Birdən ikisi

Cari çempionatda növbəti "abunəçi" bu turda qeydə alındı. Özü də ikisi birdən. "Neftçi"ylə "Qarabağ" bu turda səfərdə 4:0 hesabıyla məğlub etdikləri "Səbail"lə "Sabah"ı bu mövsüm xalsız qoydular. "Ağ-qaralar" rəqibini bunadək 2:1, 3:1 və 4:0 yenmişdi. Ağdam klubu isə "Sabah"ı 2 dəfə 2:0, 1 dəfə 2:1 üstələmişdi. 

Bunadək ilk "abunəçi"ni də "Neftçi" müəyyənləşdirmişdi. Bu, 4 matçın hamısında qalib gəldiyi "Keşlə" idi. Sona hələ 2 tur qalsa da, bu mövsüm üün daha "abunəçi"nin olmayacağını indidən deyə bilərik. 

Antirekordun təkrarı

"Səbail" "Sabah" aldıqları 0:4-lərlə antirekordlarını təkrarladılar. Məsələ ondadı ki, tarixərində aldıqları ən ağır ev məğlubiyyətləri məhz bu hesabla olub. Maraqlıdı ki, "Sabah" bunu 2018/19 mövsümündə məhz "Səbail"dən alıb. "Səbail" bundan sonrakı mövsümdə "Qarabağ" da 0:4 yenilib. 

"Səbail" üçün "Neftçi"dən "Neftçi"yə

Növbəti məqamımızda da "Səbail"in adı var. Belə ki, Aftandil Hacıyevin komandasının evdə məğlubiyyətsiz seriyası qıırlıb. Maraqlıdı ki, son məğlubiyyət də məhz "Neftçi"dən almışdı. Bu, qış fasiləsindən dərhal sonrakı - XIV turda 1:3 hesabıyla olmuşdu. Bu, yanvarın 21-də baş vermişdi və seriya 107 gündən sonra qırıldı. Onu da bildirək ki, "Səbail"in bu çempionatda evdə 1 xal belə ala bilmədiyi başqa rəqib olub.

İlk dəfə eynisi

Çempionluğa oynayan hər iki komanda eyni hesabla qalib gəlir. Özü də daha çox müşahidə edilən hesabla yox, 4:0-lə. Bu çempionatda ilk dəfə belə olur ki, "Qarabağ"la "Neftçi" eyni turda eyni böyükhesablı qələbəyə sevinir. Bunadək yalnız bir turda hər ikisinin darmadağına imza atması olmuşdu. Sadəcə, X turda "Neftçi" "Qəbələ"ni səfərdə 4:1, "Qarabağ" evdə "Sumqayıt"ı 6:1 hesabıyla məğlub etmişdi. 

Qol da belə vura bilməyəndə

Adətən meydan sahibləri qələbəyə daha çox şanslı olsa da, bu turda onlar ümumiyyətlə, qələbəyə həsrət qaldılar. Belə ki, üçü - "Keşlə", "Səbail" və "Sabah" qol vurmadan uduzdu, "Zirə" isə 0:0-la kifayətləndi. Göründüyü kimi, ev sahibləri rəqib qapısına yol belə tapa bilmədilər. Son dəfə XII turda belə olmuşdu ki, meydan sahibləri qalib gələ bilməmişdi. Sadəcə, onda 2 heç-heçə və 2 məğlubiyyət olmuşdu.