"Turan" sevdiyim klubdu. Həm də futbolçu kimi çıxış etmişəm Tovuzda". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının medalçısı olan PRO kateqoriyalı məşqçi Ayxan Abbasov deyib.

Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" baş məşqçi postuna bu kateqoriyalı mütəxəssis axtarşındadı. Həmin vəzifəyə 4 namizəd sırasında yer alan 41 yaşlı Abbasov büdcəylə bağlı məsələnin aydınlaşmasını vacib sayır: "Təki büdcələri bəlli olsun. Əlbəttə, bu, artıq Premyer Liqa mübarizəsi olacaq. Tovuzun gözəl azarkeşləri var. İnşallah, təki maddi vəziyyətləri yaxşı olar. Büdcələri aydın və bundan sonra qərar vermək olar".

Xatırladaq ki, Abbasov qış fasiləsində "Sumqayıt"dan gedəndən sonra işsizdi. O, həm bu klubu, həm "Zirə"ni avrokuboklara ilk dəfə çıxaran çalışdırıcıdı. "Sumqayıt" Azərbaycan Kubokunun finalına vəsiqəni və Premyer Liqamızın bürünc medalını da ilk dəfə Abbasovla qazanıb.

 

 

MEHMAN SÜLEYMANOV