UEFA Avropa Liqasının IV turunun ən yaxşı qolu adına namizədləri elan edib. Sport24.az xəbər verir ki, 4 namizəd arasında "Qarabağ"ın futbolçusu Toral Bayramov da var.

 

23 yaşlı futbolçu dünən komndasının "Bodo Qlimt"lə (Norveç) səfər matçında (2:1) uzaq məsafədən gözəl qol vurub.

 

Toralla yanaşı "Qalatasaray"dan Yunus Akgün, "Ayntraxt"dan Omar Marmuş və "Ludoqorets"dən Erik Markusun qolları da namizədlər sırasındadır.

 

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra müəyyənləşəcək.