“Sumqayıt” yeni mövsümün hazırlığına start verib.

Sport24.az xəbər verir ki, bu gün Aleksey Baqanın rəhbərliyi altında bir araya gələn komanda doğma meydanda ilk məşqinə çıxıb.

Hazırlığın ilk mərhələsi iyulun 15-dək Sumqayıtda davam edəcək. Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində "Koru" hotelində məskunlaşacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi hələ müəyyənləşməyib.