Misli Premyer Liqasının VIII turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Karvan-Yevlax"ı qonaq edir.

 

Mövsümə uğurlu start verən "kimyaçılar" son 3 oyunda qələbə üzünə həsrət qalıb. Ötən tur "doğma divarlar" arasında "Turan Tovuz"a böyük hesabla uduzan Saşa İliçin komandası elitanın debütantı ilə görüşdə qələbə qazanıb azarkeşlərinin könlünü almağa çalışacaq. Heç şübhəsiz ki, qonaqlar da təhlükəli zonadan uzaqlaşmaq üçün səfərdən xalnan qayıtmağı hədəfləyib.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, VIII tur

18:00. "Sumqayıt" - "Karvan-Yevlax"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.