Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub. Sport24.az xəbər verir ki, İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib.

 

Niderland millisi isə Belçika üzərində böyükhesablı qələbəyə sevinib - 5:0.

 

Turnirin açılış matçında Azərbaycan yığması Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi.

 

Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunlarına oktyabrın 19-da yekun vurulacaq. Qrupun bütün oyunları "Bayıl Arena"da keçirilir.