PSJ "Barselona"nın 18 yaşlı vingeri Lamin Yamala ciddi maraq göstərir. Sport24.az xəbər verir ki, bu barədə və "Goal.com" portalı məlumat yayıb. 

 

Yamalın Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir və 1 milyard dollarlıq sərbəst qalma bəndi var. Buna baxmayaraq, parislilərin 2017-ci ildə Neymar üçün 257 milyon dollara reallaşdırdıaları dünya rekordunu aşa biləcək təklifi nəzərdən keçirməyə hazır olduqları bildirilir.

 

PSJ nümayəndələrinin mümkün transferlə bağlı ilkin danışıqlar apardığı bildirilir. Lakin klub rəsmiləri hələlik bu barədə heç bir açıqlama vermirlər. KİV-in məlumatına görə, potensial sövdələşmə 277 milyon dollar civarında ola bilər. 

 

Qeyd edək ki, Yamal bu mövsüm "Barselona"nın heyətində 5 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.