Misli Premyer Liqasının VIII turu davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk matçı bölgədə reallaşacaq. "İmişli" Qubada "Qəbələ"ni qəbul edir. Aktivində 8 xal olan və 8-ci pillədə qərarlaşan "pələnglər" bu oyunun favoriti olsa da, qonaqların heç də asan təslim olacağını gözləmək olmaz. Onu da nəzərə almaq lazımdı ki, "qırmızı-qaralar" 4 xalla təhlükəli zonada qərarlaşıb. Bundan başqa Kaxaber Tsxadadzenin yetirmələri artıq dünən mövsümdə ilk qələbəsini rəsmiləşdirən "Kəpəz"in nəfəsini kürəyində hiss edir.

 

Qeyd edək ki, oyunun start fiti saat 14:30-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, VIII tur

14:30. "İmişli" - "Qəbələ"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Quba. OİK stadionu.