Rafael Benites "Panatinaikos"un baş məşqçi postuna əsas namizəddir. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstanın "Sport24" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ispaniyalının Afina klubuna təyinatına bir addım qalıb. Ona Yunanıstan liqasında rekord məvacib təklif edildiyi bildirilir.

 

65 yaşlı mütəxəssisin son iş yeri ötən ilin martında tərk etdiyi "Selta" olub. Benites daha əvvəl "Valensiya", "Liverpul", "İnter", "Çelsi", "Napoli", "Real", "Dalian Yifang" və "Everton"u çalışdırıb. O, məşqçi karyerası ərzində 12 titul qazanıb. 

 

Qeyd edək ki, "Panatinaikos" sentyabrın ortalarında baş məşqçi Rui Vitoriyanı istefaya göndərib. "Yaşıllar" Super Liqada 5 oyundan 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.