"Qələbəyə görə sevinirəm. Üç xal əldə etdiyimiz üçün xoşbəxtəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın qapıçısı Mateuş Koxalski açıqlamasında deyib.

Polşalı qolkiper "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"İki fərqli hissə oldu. Fasilədən sonda toparlandıq. Motivasiyamız artdı. Məncə, bunu hamı gördü. İkinci hissədə çox yaxşı oynadı".

Oyunçu oktyabrın 22-də İspaniyada "Atletik" (Bilbao) klubuna qarşı keçirəcəkləri görüşə də toxunub:

"Qarabağ" hər zaman növbəti oyuna hazırdır. Hər bir matç, hətta Premyer Liqadakı qarşılaşmalar da çox çətin keçir. Amma Çempionlar Liqasındakı ilk iki dueldən qalib ayrılmışıq. Bizim çox güclü komandamız var. Biz hər matçda qələbə qazana bilərik".