Mahir Emrelinin "Kayzerslautern"in kollektiv məşqlərinə qayıtması yenidən təxirə salınıb. Sport24.az xəbər verir ki, Almaniya mətbuatı bu həftə Emrelinin məşqlərə qoşulacağını iddia edirdi.

 

Hətta onun bu gün 2-ci Bundesliqanın 18-ci turunda "Hannover"lə görüşdə adının iştirak ərizəsində olacağı gözlənilirdi. 

 

Lakin bu proqnozlar indi dəyişib. "Der Betze brennt" nəşrinin məlumatına görə, millimizin forvardı fevral ayına qədər meydana çıxmayacaq. 

 

Xatırladaq ki, Emreli oktyabr ayından bəri zədə səbəbindən məşqlərdən uzaq qalıb və yanvarın əvvəlində fərdi məşqlərə qayıdıb.