Azərbaycan millisinin futbolçusu Mahir Emreli özünə yeni klub axtarır. Sport24.az xəbər verir ki, 28 yaşlı hücumçu bunun üçün ötən gün agenti Tomas Dorava ilə görüşüb.

Emreli Almaniyanın "Kayzerslautern" klubunda işlərinin yolunda getmədiyini agentinə də söyləyib.

Azərbaycanlı forvardın qışda II Bundesliqa təmsilçisi ilə vidalaşacağı gözlənilir.

Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"in son dörd matçında iştirak etməyib. Komandanın baş məşqçisinin onun çıxışından razı olmadığı deyilir.