Zədə səbəbindən cari mövsümdə meydana çıxmayan "Napoli"nin hücumçusu Romelu Lukaku dekabrın 18-də, İtaliya Superkubokunun yarımfinalında "Milan"a qarşı matçda heyətdə yer ala bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bir müddət əvvəl forvardın noyabrın sonunda kollektivə qoşulacağı bildirilsə də, "Napoli"nin tibbi personalı riskə getmək istəmir. Və bu üzdən Lukakunun dönüşü ilin sonuna nəzərdə tutulub.
Qeyd edək ki, Belçikalı forvard avqustun 14-də "Olimpiakos"la yoldaşlıq görüşündə sol budunun əzələsindən ciddi zədə alıb. Romelu 2024-cü ildən "Napoli"də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.