"Mançester Siti"nin keçmiş baş məşqçisi Roberto Mançini yaxın ətrafına Ruben Amorimin qovulacağı təqdirdə "Mançester Yunayted"in başına keçə biləcəyini deyib. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin sözlərinə görə, italyan mütəxəssis də "qırmızı şeytanlar"ın ortaq sahibi Cim Ratkliff kimi Fransanın cənubunda yaşayır. Onlar bir neçə dəfə müxtəlif ictimai tədbirlərdə görüşüblər.
Qeyd edək ki, Mançini 2009-2013-cü illərdə "Mançester Siti"nin baş məşqçisi olub. Onun rəhbərliyi altında "şəhərlilər" 2012-ci ildə İngiltərə Premyer Liqasının qalibi olub. 60 yaşlı mütəxəssisin son iş yeri 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı millisi olub.