Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" heyətlə bağlı məsələlərə aydınlıq gətirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqamızın son bürünc futbolçusu müqaviləsi bitən 3 futbolçuyla ortaq məxrərə gəlib.
Bunlar qapıçı Aydın Bayramov, kapitanı da olan müdafiəçi Vurğun Hüseynov və yarımmüdafiəçi Elvin Məmmədovdu. Hər 3 futbolçuyla başa çatan anlaşmaları yeniləməklə bağlı artıq ilkin razılıq əldə olunub və bu, növbəti həftə rəsmiləşəcək. Digər müqaviləsi bitənlərlə danışıqlar gedir
Xatırladaq ki, "Sumqayıt"da müdafiəçilər Süleyman Əhmədov, Camaləddin Xocaniyazov, yarımmüdafiəçilər Rəhim Sadıxov, Xəyal Nəcəfov, Səbuhi və Rüfət Abdullazadələrlə müqavilələr var. Komandanı hələ ki rəsmən tərk edən "Zirə"yə keçən millimizin qapıçısı Mehdi Cənnətovdu.