“Sumqayıt” qış fasiləsində 3-cü transferini açıqlayıb. Sport24.az xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb.
Azərbaycan millisinin üzvü komandada "78 nömrə"li formada çıxış edəcək.
Abdullayev “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios” (Yunanıstan) “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ” və “Boluspor” (Türkiyə) kimi klubların uğurları üçün də çalışıb.
Xatırladaq ki, "Sumqayıt" bunadək də yarımmüdafiəçilər - Vüqar Bəybalayevlə Elşən Abdullayevi heyətinə qatmışdı.