“Neftçi” PFK ilə “LU-MUN Holding” şirkətinin başlatdığı Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində bu gün SOS Uşaq Kəndinin sakinləri yeni mövsümə hazırlaşan komandamızın məşqində iştirak edib. Sport24.az xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş zamanı uşaqlar əvvəlcə futbolçularla görüşüb, söhbət edib, daha sonra birlikdə topla oynayıblar.

Onlar hazırladıqları hədiyyəni baş məşqçi Samir Abasova təqdim ediblər. Birlikdə xatirə şəkli çəkdirdikdən sonra komandanın məşqini kənardan izləyiblər. Sonda uşaqlar təlim-məşq bazasının 4-cü meydançasında bölüşərək futbol oynayıblar.

Qeyd edək ki, “Neftçi” PFK ilə “LU-MUN Holding” birlikdə bu cür tədbirləri il ərzində davamlı olaraq həyata keçirəcəklər.