"Şəfa" heyətinə yeni futbolçular cəlb edib. Sport24.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi 4 gənc futbolçu ilə anlaşıb.

 

19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalanıb.

 

Ayxan, Elmar və Eltun ilə sözləşmənin müddəti 2 illikdir. Nurhan isə 1 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, ki, payatxt təmsilçisi buna qədər Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko  və Kristofer Mamengi ilə müqavilə imzalayıb.