Pep Çavarriya karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

 

İspan müdafiəçinin yeni klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2022-ci ildən "Rayo Valyekano2nun formasını geyinib. Çavariyya 2025/2026 mövsümündə La Liqada 33 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Konfrans Liqasında meydana çıxdığı səkkiz oyununda 1 məhsuldar ötürmə edib. Çavarriya karyerası ərzində İspaniyada "Saraqosa" "Olot" və "Fiqeras" klublarının şərəfini qoruyub.