"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" üzərində qazandığı qələbə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını da artırıb. Sport24.az xəbər verir ki, "bayquşlar"ın Danimarka klubunu 4:0 hesabı ilə məğlub etməsi Azərbaycan aktivinə daha 0.250 əmsal qazandırıb.

 

Qeyd edək ki, hazırda Azərbaycan 21,437 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.