"Tottenhem" Monako və ABŞ millisinin hücumçusu Folarin Baloqunu transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

"Tottenhem" 25 yaşlı hücumçu ilə bağlı "knyazlıq klubu" ilə danışıqlara başlayıb. İngilislər hücumçuya görə 60 milyon avro xərcləyəməyə hazırdılar.

 

Qeyd edək ki, Balogun "Arsenal"ın yetirməsidir. "Nyukasl"ın da oyunçunu transferində maraqlı olduğu bildirilir.