Müqaviləsi bitdikdən sonra klubdan ayrılan hücumçu Memfis Depaya olan borcu səbəbindən "Korintians" transfer qadağası ilə üzləşə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.
Klubun hücumçuya təxminən 7 milyon avro borcu qalıb.
Bir müddət əvvəl Braziliya klubu maliyyə problemi səbəbindən Depayın müqaviləsini yeniləməyəcəyini açıqlamışdı.
Qeyd edək ki, futbolçuya olan borcu yaxın vaxtda bağlamayacağı halda "Korintians"a transfer qadağası tətbiq olunacaq.