"Roma" yarımmüdafiəçi Luis Enrikeyə görə "İnter"lə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio "X" sosial media hesabında paylaşım edib.

 

"Roma" meydanın mərkəzini gücləndirmək üçün "İnter" oyunçusunu transfer etmək istəyir. 

 

Mənbənin sözlərinə görə, "Roma" 24 yaşlı braziliyalı oyunçu üçün 30 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Enrike ötən mövsüm bütün turnirlərdə 43 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.