"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Filips icarə əsasında "Şeffild Yunayted"ə keçib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

Filips 2022-ci ildə "Mançester Siti"yə transfer olunub. Onun "şəhərlilərlə" hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

 

Qeyd edək ki, yarımmüdafiəçi bundan əvvəl icarə əsasında "Vest Hem" və "İpsviç"in formasını geyinib.