"Arsenal"ın hücumçusu Qabriel Martinelli "Qalatasaray"ın diqqətini cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT"un məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Türkiyə klubu artıq mümkün razılaşma ilə bağlı londonlulara sorğu göndərib, tərəflər transfer məbləğini müzakirə ediblər.

 

"Topçular" yalnız o halda hücumçunu sata bilərlər ki, ona layiqli əvəzləyici tapsınlar. Kenan Yıldız ("Yuventus"), Xulian Alvares ("Atletiko", Madrid), İlymane Ndiaye ("Everton") və Elie Crupi ("Bornmut") "Arsenal"ın hazırda maraq dairəsindədir.

 

Qeyd edək ki, Martinellinin "Arsenal"la müqaviləsi 2027-ci ilin yayına qədərdir və daha bir mövsüm üçün seçim imkanı da var. Futbolçu 2019-cu ildən "topçular"ın formasını heyinir və bu müddət ərzində bütün turnirlərdə278 oyunda meydana çıxıb, 62 qol vurub və 36 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun hazırkı bazar dəyəri 45 milyon avrodur.