leverkuzen "Bayer"i "Marsel"in müdafiəçisi Fakundo Medinanın transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 

 

Argentinalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Fakundo yeni klubunda 2 nömrəli formanı geyinəcək.

 

Mətbuatda almanların 27 yaşlı futbolçu üçün Fransa təmsilçisinə 23 milyon avro nağd, 2 milyon avronun isə bonuslar şəklində ödəyəcəyi barədə xəbərlər yayılıb.  

 

Qeyd edək ki, mərkəz müdafiəçisi ötən mövsüm bütün turnirlərdə 26 oyun keçirib və bir məhsuldar ötürmə edib. Fakundo həmçinin DÇ-2026-da Argentina millisinin heyətində 5 oyuna çıxıb və mundialın günmüş medalını boynundan asıb.