"Turan hal-hazırda "Səbal"in futbolçusudu. Bu gün yoxlama oyununumuz var. Amma baş məşqçimizlə söhbətimiz olacaq. Çox güman ki, Turanı transferə çıxaracağıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş meneceri Fərəc Əliyev söyləyib.
O, 24 yaşlı sol cinah müdafiəçisi Turan Manafovun karyerasını davam etdirmək variantı olan Yunanıstana - I liqa təmsilçisi "Olimpiakos"un (Volos) düşərgəsinə yollanması ilə xəbərlərin həqiqətəuyğun olmadığını vurğulayıb: "Yunanıstan mətbuatı bunu hardan çıxarıb...Gah yazdılar ki, tibbi baxışdan keçdi, gah fotoşopla futbolçumuzun "Olimpiakos"un maykasında şəklini qoydular. Turanla dünən görüşüm var idi, Bakıdadı".
Əliyev yunanlardan təkifə cabab gözlədiklərini bildirib: "Azərbaycan klublarından da Manafova maraq var. Amma hansı klubların olduğunu hələ ki açıqlamaq istəməzdim. Bəli, "Qəbələ"dən maraq var, lakin detalları açıqlaya bilmərəm. Yəqin, bu gün-sabah, maksimum növbəti həftənin 1-ci gününə Turanın transfer məsələsi həll olunacaq. Onun bizimlə cari mövsümün sonunadək müqaviləsi var. Maddi məsələlərdə ortaq məxrəc gəlsək, yeni kluba keçidi baş tutacaq. Yox, gəlməsək, bizimlə davam edəcək".
Maraqlıdı, "Sənbail" uzun müddətdi heyətində çıxış edən bu gənc futbolçunu hansı məbləğ qarşılığında buraxmağa hazırdı? Əliyevi dinləyək: "Bilirsiniz, burda bir qiymət deyib oturub gözləmək olmur. Hər şey hazırda gedən danışıqlardan asılıdı. Maddi təklif həm biz razı salmalıdı, həm də futbolçunu. Turanın özünün marağı, istəyi var Avropada oynamağı. Bunun üçünsə aldığımız təklifdən qane olmalıyıq".
MEHMAN SÜLEYMANOV