Birinci Liqa təmsilçisi "Şahdağ Qusar" qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, Qusar klubu Arsen Xalilovla ortaq məxrəcə gəlib.
19 yaşlı futbolçu cari mövsümün sonuna qədər şimallıların formasını geyinəcək.
Qeyd edək ki, Xalilov daha öncə "Neftçi-2" və "Səbail-2"nin heyətində çıxış edib