"Turan Tovuz"un futbolçusu Hayderson Hurtado Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Kəpəz"ə vurduğu qolu sevgilisinə həsr edib. Sport24.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi bu barədə "İnstagram" hesabında yazıb.
Oyunçu həyat yoldaşı Kaauany Hurtadonun doğum günündə qol vurub:
"Bu qolun bir adı var. Sənin üçündür. Təbriklər, sevgilim. Səni çox sevirəm".
Qeyd edək ki, "Turan Tovuz" rəqibini Hurtatonun vurduğu yeganə qolla məğlub edib - 1:0.