Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 16-cı turun daha bir matçı baş tutacaq. Sport24.az xəbər verir ki, B qrupunda "Naxçıvan" "Ordu" ilə qarşılaşacaq.

 

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

 

"Naxçıvan" 27 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Ordu" 29 xalla qrupun lideridir.

 

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.