Moskva "Dinamo"sunun rəhbərliyi qapıçı Andrey Lunevin müqaviləsini uzatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Metaratings"məlumat yayıb.

 

34 yaşlı qapıçının hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir və əlavə bir mövsüm üçün seçim mümkündür. Bu seçim qarşılıqlı razılıq əsasında avtomatik olaraq aktivləşdirilir.

 

Qeyd edək ki, Lunev 2023/24 mövsümündə "Qarabağ"ın formasını geyinib. Qolkiper 2024-cü ilin iyul ayında Rusiya klubuna üz tutub. Lunev "Dinamo"nun heyətində 42 oyun keçirib, bunlardan 9-da qapısına toxunulmaz saxlayıb.