2011-ci ildə "İnter"in sabiq prezidenti Massimo Morattinin oğlu Ancelo atasına "Lill"dən gənc Eden Azarı transfer etməyi təklif edib. Sport24.az xəbər verir ki, 35 yaşlı futbolçu bu transferin niyə baş tutmadığını "La Gazzetta dello Sport" da verdiyi müsahibədə açıqlayıb.
Azar həmin dövrü belə xatırlayıb:
"Moratti mənə çoxlu təriflər edirdi. Amma mən həmişə Premyer Liqada və "Real"da oynamağı xəyal etmişəm və xoşbəxtlikdən buna nail oldum. Bir sirri də açıqlayım: uşaqlıqda "Milan"a azarkeşlik edirdim və Qalliani ilə də tanış oldum. O dedi ki, Berluskoni məni "Milan"da görmək istəyir, amma onlar da heç vaxt real addım atmadılar."
Qeyd edək ki, Hazard karyerasını 2023-cü ilin oktyabrın 10-da başa vurub. Belçika millisin keçmiş futbolçu karyerası ərzində "Lil", "Çelsi" və "Real" kimi klublarda çıxış edib.