"Porto"nun müdafiəçisi Tiaqo Silvanın oğlu Yaqo İngiltərənin 15 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
"Çelsi"nin futbolçusu Yaqo Mendeş da Silva gələn həftə Kipr və ABŞ-a qarşı keçiriləcək oyunlarda İngiltərə millisində debüt edəcək.
Qeyd edək ki, 41 yaşlı Tiaqo Silva "Çelsi" ilə Çempionlar Liqasının qalibi olub. O, həmçinin "Milan", PSJ və "Fluminense" kimi klubların formasını geyinib. Braziliya millisində 113 oyun keçirən müdafiəçi 2019-cu ildə "Copa America"nı qazanıb.