Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, dörd qarşılaşmada ümumilikdə 2200 fanat qeydə alınıb.

"Sumqayıt" - "Zirə" matçında (0:0) 400, "Sabah" - "Qəbələ" (0:0) görüşündə (0:0) 300, "Şamaxı" - "Qarabağ" oyununda (2:1) 1200, "Turan Tovuz" - "Kəpəz" (1:0) duelindı 300 tamaşaçı tribunalarda yer alıb.

Qeyd edək ki, 1/4 finalın cavab oyunları martın əvvəlində keçiriləcək.