Çempionşipdə mübarizə aparan "Lester"in altı xalı silinib. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, "tülkülər" 2023/24 mövsümü üçün Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə cəzalandırılıb. 

 

"Lester" illik maliyyə hesabatlarını 31 dekabr tarixinə qədər təqdim etməməkdə və "Premyer Liqaya tam, hərtərəfli və vaxtında yardım göstərmək" standartına cavab verməməkdə ittiham olunub.

 

"Lester"in maliyyə böhranı klubun 2024-cü ilin iyunun 30-da bitən üç illik dövrdə 200 milyon funt sterlinqdən çox ümumi itkiyə məruz qalması ilə nəticələnib. Bu, Mənfəətlilik və Davamlılıq Qaydaları çərçivəsində icazə verilən maksimum 81 milyon funt sterlinqdən 119 milyon funt sterlinq çoxdur.

 

Qeyd edək ki, cəzadan sonra "tülkülər" turnir cədvəlində 20-ci yerə düşüb. "Lester" 2015/16 mövsümündə isə Premyer Liqanın qalibi olub.