UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi "Nyukasl" ilə üz-üzə gələcək "Qarabağ" iştirak ərizəsində dəyişiklik edib. Sport24.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

 

Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib. Ağdamlıların yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.

 

"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

 

Qeyd edək ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.