"Çox ağır qrafikdəyik". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl dövlət televiziyasına açıqlamasında deyib.
Funksioner Misli Premyer Liqasında "Neftçi" ilə oynayacaqları matçın təxirə salınmasını istədiklərini söyləyib:
"Neftçi" ilə daim təmasdayıq. "Neftçi"dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu fevralın 18-də Bakı "Nyukasl"a qarşı keçirəcək. Ağdamlılar fevralın 21-də "Neftçi" ilə, 24-də İngiltərədə "Nyukasl"la üz-üzə gələcək.