Azərbaycanın 18 və 20 yaşadək qız və oğlanlardan ibarət basketbol millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub. Sport24.az xəbər verir ki, qızlardan ibarət U-18 komandası B divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderlandla üz-üzə gələcək.

 

Qarşılaşmalar 31 iyul - 9 avqust tarixləri aralığında baş tutacaq.

 

Oğlanlardan ibarət U-18 yığması B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliyaya rəqib olub. Oyunlar 24 iyul - 2 avqust aralığında keçiriləcək.

 

U-20 qızlardan ibarət kollektiv B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla münasibətlərə aydınlıq gətirəcək. Matçlar 4-12 iyul aralığında təşkil ediləcək.

 

U-20 oğlanlardan ibarət seçmə isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar 10-19 iyul aralığında oynanılacaq.