İspaniyanın "Barselona" klubunun La Liqanın digər təmsilçisi "Jirona"da icarə əsasında çıxış edən qapıçısı Mark-Andre ter Şteqen əməliyyat olunacaq. Sport24.az xəbər verir ki, almaniyalı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

33 yaşlı oyunçu yanvarın 31-də İspaniya çempionatının XXII turunda, "Oviedo" ilə matçda (0:1) sol bud nahiyəsindən zədələnib. Onun yaşıl meydanlara dəqiq qayıdış vaxtı əməliyyatdan sonra bəlli olacaq.

 

Qeyd edək ki, Mark-Andre ter Şteqen "Jirona"ya cari mövsümün sonuna qədər icarəyə verilib. O, yeni klubunda cəmi iki matça çıxa bilib. Təcrübəli qolkiperin "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.