ngiltərə millisinin sabiq yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen Şotlandiya çempionu "Seltik"lə danışıqların son mərhələsindədir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
32 yaşlı futbolçu "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu alıb və bir müddətdir ki, keçmiş klubu "Arsenal"ın bazasında məşq edir. "Seltik" rəhbərliyi oyunçunun transferini yaxın günlərdə tamamlayacağına inanır. İngilis futbolçunun cümə axşamı tibbi müayinədən keçə biləcəyi bildirilir.
Qeyd edek ki, Çemberlen karyerası ərzində "Arsenal", "Liverpul" və "Besiktaş" kimi klubların formasını geyinib.