İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında qadın hokkeyçilər arasında Finlandiya - Kanada matçı virus səbəbindən təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsi məlumat yayıb.

 

Qərar Finlandiya millisinin heyətində norovirusun aşkarlanması ilə əlaqədar tibb mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

 

Qarşılaşmanın fevralın 12-də keçirilməsi planlaşdırılıb.