Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XVI turun daha bir oyunu baş tutacaq. Sport24.az xəbər verir ki, B qrupunda yer alan komandalar üz-üzə gələcək.

 

"Quba" "Sərhədçi" ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 20:30-da səslənəcək.

 

Aktivində 20 xal olan "Sərhədçi" qrupun dördüncüsüdür. Eyni xala malik olan qubalılar isə beşinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün baş tutan görüşdə isə "Sumqayıt" "Lənkəran"ı 102:77 hesabı ilə məğlub edib.