Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, stadion problemi səbəbindən müvəqqəti olaraq ev oyunlarını "Azersun Arena"da keçirən "Turan Tovuz" "Kəpəz"i qonaq edir.

 

Nominal meydan sahibləri əvvəlki mərhələdə I Liqada mübarizə aparan "Şahdağ Qusar"ı, qonaqlar isə "Araz-naxçıvan"ı mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, bu raunddun cavab oyunları gələn ay, daha dəqiq desək, martın 3-ü və 4-ü tarixlərində keçiriləcək.

 

Bizon Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyun

19:00. "Turan Tovuz" - "Kəpəz" 0:0 (Birinci hissə)

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "Azersun Arena". 

 

"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe

Ehtiyat oyunçular: 1. Oleq Baklov 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 14. Murad Dadaşev 3. Enrike Silva 90. Joarlem Santos 9. Coş Cinnelli 8. David Tavareş

Baş məşqçi: Kurban Berdiyev

 

"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska (k) 4. Mate Abuladze

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 5. Rauf Hüseynli 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov 83. Raul İsaqov 9. Luis Paçu 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori

Baş məşqçi: Azər Bağırov