Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması Şamaxıda baş tutacaq. Bölgənin eyniadlı təmsilçisi "Qarabağ"ı qəbul edir. "Şirlər" 1/8-də I Liqa təmsilçisi "Baku Sportinq"i mübarizədən kənarlaşdırıbsa, ağdamlılar "Kəpəz"i məyus edib.
Qeyd edək ki, dünən keçirilən görüşlərdə "Sumqayıt" "Zirə" ilə qolsuz heç-heçə edib, "Sabah" isə "Qəbələ" ilə "sülh" bağlayıb - 0:0.
Bizin Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyun
14:30. "Şamaxı" - "Qarabağ" 0:0 (Birinci hissə)
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov
VAR: Rauf Cabarov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı. Şəhər stadionu.
Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov
"Qarabağ": 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 6. Kris Kuaku 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov