"Bavariya"nın müdafiəçisi Saşa Boe kareyarsını "Qalatasaray"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.

 

İstanbul klubu sonradan transfer etmək şərti ilə 25 yaşlı mərkəz müdafiəçini icarəyə götürəcək. 

 

Boe "Bavariya"nın formasını geyinməmişdən öncə 2021-ci ildən 2024-cü ilə qədər "Qalatasaray"ın şərəfini qoruyub.

 

Qeyd edək ki, müdafiəçi bu mövsüm Münhen təmsilçisinin heyətində bütün tutnirlərdə 15 oyun keçirib və 1 məhsuldar ötürmə edib.