"Vest Hem" qış "transfer pəncərəsi"ndə Krisensio Summervill üçün Premyer Liqa və A Seriyasından gələn iki təklifi geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Klub oyunçusunu mövsümün sonuna qədər "toxunulmaz" hesab edir. Niderlandlı futboçu da komandada qalmaqdan məmnundur və mövsüm ərzində "çəkicdöyənlər"ə kömək etmək istəyir.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm "Vest hem"in heyətində 20 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.