"Liverpul"un kapitanı Vircil Van Dayk veteran futbolçuları hazırkı oyunçuları, xüsusilə də gənc istedadları tənqid edərkən daha məsuliyyətli olmalarını tələb edib. Sport24.az xəbər verir ki, bu barədə Niderland millisinin üzvü "Sky Sport"a müsahibəsində deyib.

34 yaşlı futbolçunun sözlərinə görə, özünə tənqidi qəbul edə bilir, amma sosial medianın təsiri və "clickbait" tipli şərhlərin gənc oyunçuların psixologiyasına mənfi təsir göstərə biləcəyindən narahatdır.

Qeyd edək ki, Van Dayk daha əvvəl keçmiş futbolçu Ueyn Runi ilə tənqid mövzusunda fikir mübadiləsi aparıb.